|
|
|
|
Bizim şirkətimiz İnternet xidmətini keyfiyyətcə yeni və təkmilləşdirilmiş şəkildə təqdim edir. Bizim xidmətimiz İnternet şəbəkəsinin bütün resurslarindan Oxygen plastik kartlari vasitəsilə istifadə etməsinə Sizə imkan verir. Bu kartlar Sizin ücün qeydiyyatı daxa da sadələşdirir, balansınızı istənilən zaman yoxlamağı və xərclərinizi nəzarət altında saxlamaqda köməklik göstərir.
İnternet şəbəkəsinin nəhəng provayderlər ilə bizi birləşdirən birbaşa peyk kanalı Oxygen müştərilərinə yerləşdikləri ünvandan asılı olmayaraq yüksək sürətlə serverlərə qoşulmağa imkan verir.
Bizim şirkətdə işləyən əməkdaşlar texniki imkanlardan maksimal və səmərəli istifadə etməyi bacaran peşəkar mütəxəssislərdir, bu da öz növbəsində yüksək səviyyəli iş fəaliyyətinin zamini kimi özünü göstərir.
Bizim sutka ərzində işləyən müştəri xidməti Sizə hər hansı bir problem və çətinliklərin tez həll olunmasında köməklik göstərməyə hər zaman hazırdır.
Şirkətimizin stratejı inkişafı iki istiqamətdə həyata keçirilir:
- Azərbaycan müştərilərini İnternet şəbəkəsindən istifadə etmə imkanı ilə peyk kanalları vasitəsilə tez və maksimal sürətlə təmin etmək
- Azərbaycanın özünə məxsus İnternet resursları ilə təmin etmək
Bizim şirkət dinamik inkişaf edir və öz müştərilərinin qeydinə qalmaqda gələcək inkişafını görür. Bu cür işə yanaşma bizə işimizin səviyyəsini daim yaxşılaşdırılmasına, müştərilərimizə öz xidmətimizi əlverişli qiymətlə təqdim etməyə imkan verir.
Virtually Yours,
Oxygen |
|
|